Məşhur mafiya lideri qızı ilə birlikdə tutuldu

 Məşhur mafiya lideri qızı ilə birlikdə tutuldu
  24 Noyabr 2019    Oxunub:3563
Məşhur mafiya lideri Ayvaz Qorxmaz İstanbulda keçirilən əməliyyat zamanı saxlanılıb.

Azvision.az xəbər verir ki, uzun müddət axtarışda olan A.Qorxmaz gecə saatlarında İstanbulda yerləşdiyi villada aşkar edilib.
Xüsusi əməliyyat nəticəsində Qorxmazla yanaşı onun qızı və "sağ əli" hesab olunan şəxs ələ keçirilib. Onun gizləndiyi evdən bir ədəd sənədsiz tapança, 690 ədəd narkotik tərkibli preparat götürülüb.

Mafiya lideri 5 cinayət üzrə işdə, 10 silahlı insidentin birbaşa iştirakçısı olmaqda, eləcə də çoxlu sayda cinayətin sifarişçisi kimi ittiham olunur. Onun 1998-ci ildə törətdiyi cinayətlərə görə, 15 il 9 ay həbs cəzasına məhkum edildiyi məlum olub.

Qeyd edək ki, Ayvaz Qorxmaz 90-cı illərdən başlayaraq mafiya aləmində nüfuz sahibidir. O, narkoticarət də daxil olmaqla adam öldürmə, yaralama, qaçırma və bu kimi digər cinayətlərin təşkilatçısı və sifarişçisidir.

Kənan Məmmədov
Azvision.az


Teqlər: Mafiya   İstanbul   Əməliyyat  





Xəbər lenti