Türkmənistanda seçicilərin böyük hissəsi səs verdi
Türkmənistanda mövcud qanunvericiliyə əsasən, əgər səsvermədə seçicilərin ümumi sayının 50 faizdən çoxu iştirak edibsə, seçkilər baş tutmuş sayılır.
Eləcədə Türkmənistanın Azərbaycandakı səfirliyindəki 1 saylı seçki məntəqəsində Azərbaycan ərazisində müvəqqəti olan Türkmənistan vətəndaşlarının Məclisə (parlament) deputat seçkilərində səs verməsi başa çatıb. Saat 15:30-a (Bakı vaxtı ilə) olan məlumata görə, qeydə alınan seçicilərin 100 faizi öz konstitusiya hüquqlarını həyata keçirib seçkilərdə səs veriblər.
Türkmənistanın Azərbaycandakı səfirliyində Türkmənistan Məclisinə (parlamentə) deputat seçkilərinin keçirilməsi prosesi ilə tanış olmaq üçün seçki məntəqəsinə Azərbaycan Respublikasında olan Çin, Qırğızıstan, Kuba, Tacikistan səfirləri, eləcə də TRASEKA proqramının rəhbəri gəliblər.
Gələn qonaqlar seçki kampaniyasının bütün mərhələlərinin qəbul edilmiş hazırkı milli qanunvericiliyin tələblərinə, beynəlxalq normalara və yüksək demokratik standartlara uyğun olmasını yüksək qiymətləndiriblər.
Səsvermə prosesi yerli və beynəlxalq KİV nümayəndələri işıqlandırıb.
Teqlər: