Qərb və Ukrayna müxalifəti nə istəyir? – VİDEO, FOTOLAR

Qərb və Ukrayna müxalifəti nə istəyir? – VİDEO, FOTOLAR
  15 Dekabr 2013    Oxunub:1429
ABŞ senatoru Con Makkeyn Maydana gəlib. Yüksək səviyyəli qərb siyasətçilərinin `Maydan` səfəri nə ilə izah edilir?
ABŞ senatoru Con Makkeyn Kiyev şəhərinə səfəri zamanı müxalifət nümayəndələrilə görüşüb.

AzVision.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, Con Makkeyn Ukraynanın daxili işlər naziri Leonid Kojara ilə görüşdən sonra jurnalistlərə deyib ki, indi nümayişçilərlə görüşmək üçün Maydana gedəcək.

Müxalifətçilərlə görüşü zamanı o, həmçinin barrikadalara baxmaq üçün Mixaylovsk meydanına da gəlib. UDAR partiyasının lideri ilə görüşdə Makkeyn bildirib ki, indi Ukraynaya xaricdən bütün lazımı dəstəklər gəlməlidir. Kliçko isə deyib ki, ABŞ rəhbərliyi də Maydandakı nümayişçilərə qarşı zorakılıq edən vəzifəli şəxslərə sanskiya tətbiq etməlidir.

Xatırladaq ki, Con Makkeyn Kiyevdə Patriarx Filaretlə də görüşüb.

Eləcədə Müsavat Partiyasının başqanı da başın başlara qoşub Maydanda, tribunada çıxış edib. İsa Qəmbər xalqların azadlığı prosesindən, bu prosesin Azərbaycandakı başlanğıcından, M.Ə. Rəsulzadə irsindən danışıb. Müsavat başqanı "Azərbaycan və Ukrayna xalqlarının dostluğuna eşq olsun", şüarı ilə çıxışını bitirib.

Xatırladaq ki, Ukrayna son günlərdə Qərbin ən yüksək səviyyəli siyasətçilərinin və qonşu ölkələrin müxalifətçilərinin qarşılandığı bir ölkədir. Bəs bunun səbəbi nədir sualına RT müxbiri Ukraynada siyasi krizisi başladığı gündən yada salaraq cavab verməyə çalışıb. Bundan əlavə ekspert, `Junge Welt` qəzetinin baş redaktoru Rayner Rupun da məsələyə baxışı çox qaranlıq məqamların üstün açır. Bu məqamları nəzərdən keçirmək bizim üçün əsaslıdır belə ki, post sovet məkanı kimi bizim ölkədə də bir çox maraqlar toqquşur. Bəli Azərbaycan da Avropaya inteqrasiya edən ölkədir, lakin bu o demək deyil ki, Avropadan asılı olmalıdır. İsa Qəmbər tipində müxalifətçilər isə hakimiyyətə gəlmək uğrunda (bu bir xülya olsa belə) hamıya hər sözü verməyə hazırdırlar. Bəzi insanlar isə başa düşmür ki, demokratiya küçəyə çıxıb azadlıq qışqırmaqla olmur. Bu insanlar başa düşmürlər ki, hər bir üsyan ölkəni neçə il geriyə aparır və iqtisadi problemlərlə qarşılaşan yeni hakimiyyət, dövlətin nə olduğunu və onun idarə olunmasının çox çətin olduğunu görür və verdikləri sözlərdən geri çəkilir (Bu da üsyana hazır avaraları yenidən meydanlara atır). Bu insanlar başa düşmürlər ki, güc yolu ilə gələn hakimiyyətdə dedikləri demokratiya xülyası heç vaxt ola bilməz və həmin o qüvvələr hakimiyyətə gəlmək üçün ona dəstək verən qüvvələrə hansısa `sözlər` veriblər. Bu `sözlər` isə demokratiya kriteryalarına çox vaxt cavab vermir.



Qalereya




Teqlər:  





Xəbər lenti