Senator “erməni soyqırımı” qətnaməsini bloklama səbəbini açıqladı

 Senator “erməni soyqırımı” qətnaməsini bloklama səbəbini açıqladı
  25 Noyabr 2019    Oxunub:3633
ABŞ-ın respublikaçı senatoru Lindsi Qrem Senatın qondarma “erməni soyqırımı”na dair qətnamə layihəsini niyə blokladığına aydınlıq gətirib.
Azvision.az "Axios" portalına istinadla xəbər verir ki, senator bunu Ağ evin nümayəndəsinin xahişi ilə etdiyini vurğulayıb. Belə ki, Qrem Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşdən sonra Ağ evin yüksək vəzifəli bir nümayəndəsi onun Senata qayıtmasını və “erməni soyqırımı” ilə bağlı qətnaməni blok etməsini xahiş edib:

"Görüşdən sonra biz bir araya gələrək baş verənləri müzakirə etdik. Ağ evin qanunvericilik işləri üzrə əməkdaşı mənə senator Robert Menendesin qətnaməni səs verməyə çıxarmağa hazırlaşdığını söylədi. Məndən xahiş etdi ki, sənədi blok edim. Mən isə "əlbəttə" cavabını verdim".

Onun sözlərinə görə, bu qərarı ABŞ-Türkiyə münasibətlərini qorumaq ilə əlaqədardır: "Bunu etməyimin yeganə səbəbi Türkiyə Prezidentinin hələ Vaşinqtonda olması idi. Qətnamənin qəbulu yanlış olardı. Mən mümkün qədər münasibətlərimizi qorumağa çalışdım”.

Qətnaməni blokladığına görə, özünü narahat hiss etməsinə gəlincə, Qrem deyib: "Bəli. Çünki Bob (senator Robert Menendez - red.) mənim xoşuma gəlir. O, uzun illər bu sənəd üzərində işləyib. Növbəti dəfə “erməni soyqırımı” ilə bağlı qətnaməyə mane olmayacam".

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Senator   ABŞ   Türkiyə  





Xəbər lenti