Bişkekdə KTMT-nin sammiti keçiriləcək

Bişkekdə KTMT-nin sammiti keçiriləcək
  25 Noyabr 2019    Oxunub:1631
Noyabrın 28-də Qırğızıstanın paytaxtı Bişkekdə keçiriləcək Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sammitinin gündəliyinə müxtəlif sahələri əhatə edən 21 məsələ daxil edilib.
Azvision.az xəbər verir ki, bu barədə Qırğızıstan Prezidenti Aparatının xarici siyasət şöbəsinin müdiri Daniyar Sıdıkov məlumat verib.

Onun sözlərinə görə, sammitdə Ermənistanın baş naziri, Rusiya, Qazaxıstan, Qırğızıstan, Belarus və Tacikistan prezidentləri iştirak edəcəklər.

Sıdıkov qeyd edib, təşkilata üzv olan ölkələrin müdafiə nazirlərinin, xarici işlər nazirləri və təhlükəsizlik şuraları katiblərinin iclası da planlaşdırılır.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: KTMT  





Xəbər lenti