“Kişilərin 41 faizi deyir ki, qadınlar zorakılığa dözməlidir”

 “Kişilərin 41 faizi deyir ki, qadınlar zorakılığa dözməlidir”
  25 Noyabr 2019    Oxunub:2572
Qadınlara qarşı zorakılıq yalnız ailə məsələsi deyil. Bu zorakılığı törədənlərin 70 faizi eyni təcavüzü uşaqlara qarşı törədir.
Azvision.az xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova "Qadınlara və qızlara qarşı zorakılığa son" kampaniyasına həsr olunmuş dəyirmi masada deyib. Onun sözlərinə görə, qadına qarşı əl qaldıran kişi eyni hərəkəti öz uşağına qarşı da edilə bilər.

"Apardığımız təhlillər zamanı kişilərin 41 faizi, qadınların 34,7 faizi bildirib ki, qadın öz ailəsini qoruyub saxlamaq üçün zorakılığa dözməlidir. Həmçinin qadınların 20,9 faizi, kişilərin 37,4 faizi isə qeyd edib ki, bəzi zamanlar qadın döyülməyə layiqdir. Bütün bunlar bir daha onu göstərir ki, zorakılığa münasibət bir çox hallarda patriarxal mədəniyyətin, dünyagörüşünün nəticəsində formalaşır".

Aytən Zəhra
Azvision.az



Teqlər: Komitə  





Xəbər lenti