İranda “Azərbaycan dilinin qaydaları” nəşr olunub
Tədqiqatçı Səməd Rəhmani tərəfindən hazırlanan kitabın əvvəlində Azərbaycan və fars əlifbası yerləşdirilib, Azərbaycan dilinin yazı qaydaları təqdim olunub.
Azərbaycan dilinin ən dəqiq ifadə və yazı imkanlarına malik olan dillər sırasında öndə olduğunu qeyd edən müəllifin hazırladığı 240 səhifəlik kitab dilimizi öyrənmək istəyənlər üçün qiymətli vəsaitdir.