Rusiyada 29 məktəbli qazdan zəhərlənib

Rusiyada 29 məktəbli qazdan zəhərlənib
  25 Noyabr 2019    Oxunub:1755
Rusiyanın Nijni Novqorod bölgəsində yerləşən orta məktəblərdən birində 29-u uşaq olmaqla 32 nəfər qazdan zəhərlənib.
Azvision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, uşaqlardan 10-nun vəziyyəti orta ağır qiymətləndirilir.

“Vadsku mərkəzi rayon xəstəxanasına 32 nəfər, o cümlədən 29 uşaq qazdan zəhərlənmə əlamətləri ilə daxil olub", - deyə məlumatda bildirilib.

Zəhərlənməyə səbəb odorant maddəsinin atmosferə atılmasıdır. Hadisə ilə əlaqədar məktəbdə dərslər dayandırılıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Rusiya   Məktəb   Zəhərlənmə  





Xəbər lenti