Culian Assanj həbsxanada ölə bilər

Culian Assanj həbsxanada ölə bilər
  25 Noyabr 2019    Oxunub:2434
Dünyanın müxtəlif ölkələrindən olan 60-dan çox həkim Böyük Britaniyada həbsdə olan "WikiLeaks"in qurucusu Culian Assanjın sağlamlıq durumu ilə bağlı ciddi narahatlıqlarını ifadə ediblər.
Azvision.az xəbər verir ki, bu barədə “İnterfax” məlumat yayıb.

"Assanjın vəziyyəti haqqında əlimizdə olan məlumatlara görə, onun 2020-ci ilin fevral ayında mühakimə oluna bilməyəcəyinə dair ciddi narahatlığımız var", - deyə bir sıra Avropa ölkələrinin, Avstraliya və Şri-Lankadan olan həkimlərin Britaniyanın daxili işlər naziri Priti Patelə göndərdikləri məktubda bildirilib.

Mütəxəssislər Assanjın təcili olaraq tibbi yardım almadığı təqdirdə, fizioloji və psixoloji problemlər səbəbindən məhkəmədən əvvəl həbsxanada ölə bilməsinə işarə ediblər: "Vəziyyət təcili reaksiya tələb edir. Bir dəqiqə belə itirə bilmərik".

Xüsusilə, həkimlər onun müalicəyə başlaması üçün həbsxanadan Belmarş universitet klinikasına aparmasına çağırış ediblər.

Qeyd edək ki, bu yaxınlarda Assanjın atası Con Şipton da oğlunun həbsxanada ölə biləcəyini söyləyib. O, oğlu ilə görüşəndən qısa müddət sonra belə bir açıqlama verib.

2012-ci ildə Assanj Londondakı Ekvador səfirliyindən sığınacaq alıb və 7 il orada qalıb. Lakin 2019-cu ilin aprelində Ekvador hakimiyyəti ingilis polisinə səfirliyə gedərək "WikiLeaks" saytının qurucusunu həbs etməyə icazə verib. Mayın əvvəlində Britaniya məhkəməsi Assanjı girov şərtlərini pozduğuna görə 50 həftə həbs cəzasına məhkum edib.

İyun ayında isə Britaniya Ali Məhkəməsi Assanjın ABŞ-a təhvil verilməsi ilə bağlı məhkəmə iclaslarının 2020-ci ilin fevral ayında keçiriləcəyinə qərar verib. Həmin vaxt onun Britaniyadakı həbs müddəti başa çatmayacaq.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: CulianAssanj  





Xəbər lenti