Mətbuat Şurası mitinqdə monitorinq aparıb

Mətbuat Şurası mitinqdə monitorinq aparıb
  16 Dekabr 2013    Oxunub:1019
Azərbaycan Mətuat Şurası Milli Şuranın dekabrın 15-də Yasamal rayonu ərazisində yerləşən keçmiş "Məhsul" stadionunda keçirilmiş icazəli mitinqində jurnalistlərin peşə vəzifələrini yerinə yetirmələrinin monitorinqini aparıb. Bu barədə AzVision.az-a MŞ-dan daxil olan məlumatda qeyd edilib.

Aksiyada prosesi işıqlandıran kütləvi informasiya vasitələrinin təmsilçilərinə qarşı hər hansı maneçilik faktı qeydə alınmayıb. Mətbuat Şurasının "qaynar xətt" rejimində fəaliyyət göstərən (012) 441 35 96 telefon nömrəsinə də bununla əlaqədar məlumat daxil olmayıb.

Şuranın Daxili İşlər Nazirliyi ilə birgə yaradılmış monitorinq qrupunun mitinqdə iştirak edən üzvlərinə, həmçinin Mətuatla dövlət qurumları arasında problemlərin həlli Daimi Komissiyasının təmsilçilərinə jurnalistlərin fəaliyyətinə məhdudiyyətlərin yaradılmasına dair hər hansı müraciət edilməyib.

Mətbuat Şurasının monitorinq qrupu icazəli aksiyada peşə vəzifəsini yerinə yetirmiş jurnalistlərin əsasən üzərində "PRESS" yazılmış xüsusi gödəkçələrdə olduqlarını qeydə alıb.


Teqlər:





Xəbər lenti