Karakas-Paris reysində bomba həyəcanı
Venesuelanın daxili işlər naziri rəsmi televiziya ilə çıxışında Fransa təhlükəsizlik idarəsinin əməkdaşlarından Karakas-Paris reysi ilə uçan təyyarəyə bomba qoyulması barədə məlumat alındığını bəyan edib.
Karakas-Paris reysi ilə uçmağa hazırlaşan sərnişinləri başqa təyyarə ilə yola salınıb.
Venesuela təhlükəsizlik idarəsinin 65 əməkdaşı bomba qoyulduğu güman edilən təyyarədə axtarışa başlayıblar. Axtarışa rəhbərlik edən rəsmi şəxs təyyarənin bütünlüklə gözdən keçiriləcəyini bildirib.
Yoxlamanın nəticələri barədə hələlik məlumat verilməyib.
Teqlər: