Zelenski Putinə zəng etdi

 Zelenski Putinə zəng etdi
  26 Noyabr 2019    Oxunub:2091
Rusiya Prezidenti Vladimir Putinlə Ukrayna lideri Vladimir Zelenski arasında telefon danışığı olub.
Azvision.az "RİA Novosti"yə istinadən xəbər verir ki, telefon danışığı Zelenskinin təşəbbüsü ilə baş tutub. Dövlət başçıları Rusiya tərəfindən saxlanılan üç hərbi gəminin Ukraynaya təhvil verilməsi məsələsini müzakirə ediblər.

Bundan başqa, Putin qazın Ukrayna üzərindən tranziti və birbaşa tədarükün bərpa edilməsi məsələsinə toxunub. Zelenski və Putin ayrı-ayrı səviyyələrdə əlaqələrin davam etdirilməsini də razılaşdırıblar.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Putin   Zelenski  





Xəbər lenti