Vanetsyan Paşinyana qarşı ciddi mübarizəyə başlayır

  26 Noyabr 2019    Oxunub : 1737
 Vanetsyan Paşinyana qarşı ciddi mübarizəyə başlayır
Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin sabiq direktoru Artur Vanetsyan aktiv siyasi proseslərlə məşğuldur.
Azvision.az xəbər verir ki, bu barədə “İrates” nəşri yazıb.

Nəşrin məlumatına görə, Vanetsyan ətrafına keçmiş və indiki hakimiyyətlə demək olar ki, heç bir əlaqəsi olmayan qüsursuz siyasi fiqurlar yığmağı planlaşdırır.

“Bütün hallarda, Vanetsyan bu meyarlara əhəmiyyət verir, ancaq belə insanları haradan tapacağını təsəvvür etmək çətindir. Əgər onun bütün siyasi xadimləri gözəgörünməz gözlər və qulaqlarla izlədiyi əvvəlki iş yerini nəzərə alsaq, məlum olur ki, Vanetsyanın seçimi yoxdur.

Ancaq əldə etdiyimiz məlumata görə, Vanetsyan çox ciddi siyasi fəaliyyətə başlamağa hazırlaşır. O, bütün istiqamətlərdə - informasiya, komanda və təbliğat üzrə işləyir”, - deyə xəbərdə bildirilib.

Qeyd edək ki, Artur Vanesyan bu il sentyabrın 16-da istefa verib. Onun istefa bəyanatı Ermənistan Milli Təhlükəsizlik Xidmətinin saytında yerləşdirilsə də, sonradan silinib.

Xatırladaq ki, Vanetsyan həmin bəyanatında Paşinyana xitabən: “Mən hökuməti ayıltmaq üçün istefa verirəm” və “Dayan!” ifadələri yer alıb.

Los-Anselesə səfəri zamanı Nikol Paşinyan keçirdiyi mətbuat konfransında Vanetsyanı ciddi tənqid edib, onun davranışının zabit paqonlarını zibil qutusuna atmaq kimi dəyərləndirib. Əlavə edib ki, sonuncu dəfə 1991-ci ildə sovet dövründə qiyamçılar belə etmişdi.

Vanetsiyan isə Paşinyana cavabına "zaman kimin və nəyin zibillikdə olduğunu göstərəcək", - demişdi.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: Ermənistan   Vanesyan