İranın Kənd Təsərrüfatı naziri istefa verdi

  26 Noyabr 2019    Oxunub : 1053
İranın Kənd Təsərrüfatı naziri istefa verdi
İranın Kənd Təsərrüfatı naziri Mahmud Hüccəti vəzifəsindən istefa verib.
Azvision.az İran mətbuatına istinadən xəbər verir ki, Hüccəti istefa ərizəsini prezident Həsən Ruhaniyə təqdim edib. Ölkə rəhbəri onun istefasını qəbul edib.

Qeyd edək ki, İranın 40-a yaxın deputatı ölkənin kənd təsərrüfatındakı ağır vəziyyətin səbəblərini izah etmək üçün naziri parlamentə dəvət etmişdi.

Azvision.az

Teqlər: İran   İstefa