ATƏT nümayəndəsi jurnalistlərin səfərini alqışlayıb

  26 Noyabr 2019    Oxunub : 1509
 ATƏT nümayəndəsi jurnalistlərin səfərini alqışlayıb
ATƏT-in media azadlığı üzrə nümayəndəsi Arlem Dezir azərbaycanlı və erməni jurnalistlərin qarşılıqlı səfərlərini alqışlayıb.
Azvision.az xəbər verir ki, bu barədə o, özünün "Twitter" hesabında yazıb.

“Mən Ermənistan və Azərbaycan jurnalistlərinin səfər mübadiləsini alqışlayıram”, - deyə ATƏT rəsmisi vurğulayıb.

A.Dezir əlavə edib ki, bu gün İrəvanda Ermənistanın xarici işlər naziri ilə görüşü olub və ATƏT regionunda media azadlığının təşviqi sahəsində əməkdaşlığı müzakirə ediblər.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: ATƏT   Jurnalist   KİV