Albaniya Prezidenti zəlzələdə yaralananlara baş çəkib

Albaniya Prezidenti zəlzələdə yaralananlara baş çəkib
  26 Noyabr 2019    Oxunub:2099
Albaniya Prezidenti İlir Meta Tiranadakı xəstəxanada güclü zəlzələ nəticəsində xəsarət alan şəxsləri ziyarət edib.
Azvision.az xarici mətbuata istinadən xəbər verir ki, dövlət başçısı lazımi orqanlara qısa müddətdə zəlzələnin fəsadlarının nəticələrini öyrənməyə və bütün yaralıları tapmağa çağırıb.

Qeyd edək ki, Albaniyanın paytaxtı Tirana yaxınlığında 6.4 bal gücündə zəlzələ baş verib. Seysmoloqların bildirdiyinə görə, bir sıra şəhərlərdə 5 baldan yüksək təkanlar qeydə alınıb.

Son açıqlanan məlumata görə, təbii fəlakət nəticəsində 8 nəfər ölüb, 300 nəfər yaralanıb.



Pərvanə Sultanova
Azvision.az


Teqlər: Albaniya   Zəlzələ   Xəstəxana  





Xəbər lenti