Ərdoğan əhalini dollardan imtinaya çağırdı

 Ərdoğan əhalini dollardan imtinaya çağırdı
  26 Noyabr 2019    Oxunub:2063
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan vətəndaşları milli valyutanın lehinə dollardan imtina etməyə çağırıb.
Azvision.az xəbər verir ki, bu barədə Ərdoğan ölkə parlamentində çıxışı zamanı deyib.

"Ölkəmizə güvənənlər, buna sərmayə qoyanlar hamısı qalib gəlib və qazanmağa davam edirlər. İqtisadiyyatımızda bərpa işləri tam gücü ilə davam edir. Bütün rəqəmlər bunu göstərir. Bizə isə hələ də batdığımızı deyirlər. Dollardan üz çevirərək valyutamıza tərəf dönək. Türk lirəsi artıq ucuzlaşmır", - deyə prezident bildirib.

Onun sözlərinə görə, vətənə inanan və ölkəyə pul yatıranlar qələbə qazanıb və qələbə qazanmağa davam edir: "Türkiyə iqtisadiyyatındakı vəziyyət sabitləşməyə davam edir".

Azvision.az



Teqlər: Ərdoğan  





Xəbər lenti