Rafael Ağayev “Grand Winners” mükafatına namizəddir

  26 Noyabr 2019    Oxunub : 1185
Rafael Ağayev “Grand Winners” mükafatına namizəddir
İspaniyanın paytaxtı Madriddə “Karate 1” Premyer Liqa turniri çərçivəsində ilin yekununa əsasən fərqlənən idmançılar “Grand Winners” mükafatlarına sahib olacaqlar.
Azvision.az xəbər verir ki, 2019-cu il mövsümünün nəticələrinə əsasən "Grand Winners" mükafatına namizədlər arasında Azərbaycanın tanınmış karateçiləri Rafael Ağayev (75 kq) və İrina Zaretska (68 kq) da var.

Mükafatın təqdimatı 2020-ci il yanvarın 24-26-da Parisdə, növbəti mövsümün ilk Premyer Liqa turnirində olacaq.

Azvision.az

Teqlər: Rafael-Ağayev