Təyyarədə əlbəyaxa dava: sərnişin bələdçini döydü
AzVision.az.az RİA Novosti agentliyinə istinadən xəbər verir ki, 1968-ci il təvəllüdlü sərxoş sərnişin qadağan olunan yerdə ayaqyoluna getmək istəsə də, bələdçi buna icazə verməyib. Onların arasında mübahisə yaranıb və sərnişin bələdçiyə 8-10 ağır zərbə endirib.
Təyyarənin komandiri bundan sonra onu Novosibirsk ərazisində yerə endirmək qərarına gəlib. Sərnişin polis bölməsinə aparılıb, bələdçi isə xəstəxanaya yerləşdirilib. Onda beyin silkələnməsi və yumşaq toxuma əzələlərində zədələr aşkar olunub.
Faktla bağlı araşdırma aparaılır.
Teqlər: