Albaniyada zəlzələ qurbanlarının sayı artıb

Albaniyada zəlzələ qurbanlarının sayı artıb
  27 Noyabr 2019    Oxunub:1553
Albaniyada baş vermiş güclü zəlzələ nəticəsində həlak olanların sayı 21 nəfərə çatıb.
Azvision.az xarici mətbuata istinadən xəbər verir ki, təbii fəlakət zamanı 600-dək insan xəsarət alıb. 6.4 bal gücündə qeydə alınan zəlzələ bir sıra yaşayış məntəqələrinin dağılmasına səbəb olub. Daha çox ziyan Durres şəhəri və paytaxt Tirana dəyib. Belə ki, Tiranada 500-ə yaxın bina dağılıb.

Şəhər meri Erion Velya bildirib ki, indi əsas olan insanların həyatını xilas etməkdir.

Qeyd edək ki, bir sıra Avropa ölkələri Albaniyaya xilasedici qruplar və texnika göndərib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Albaniya   Zəlzələ  





Xəbər lenti