Zelenskinin xanımı tənqidlərə səbəb olan geyimini hərraca çıxardı
Birinci xanımın sözlərinə görə, geyim xərçəngdən əziyyət çəkən uşaqlara yardım fondu tərəfindən təşkil edən xeyriyyə qala naharına hədiyyə olaraq bağışlanıb.
Xatırladaq ki, Zelenskayanın Yaponiya imperatorunun tacqoyma mərasiminə geyindiyi limon rəngli paltar sosial şəbəkələrdə ciddi tənqid olunub. İstifadəçilər bunu imperator ailəsinə hörmətsizlik kimi qiymətləndiriblər.
Belə ki, imperator ailəsinin bayrağı 16 ləçəkli sarı xrizantemdən ibarətdir. Buna görə də günəş ölkəsində monarxdan başqa digərlərinə qızılı rəngdə paltar geyinmək qadağandır.
Yaponiyadan olan ekspert isə hadisəni şərh edərək, Ukraynanın birinci xanımının sarı paltarında təhqiramiz bir şey görmədiyini söyləyib.
Pərvanə Sultanova
Azvision.az