"Taliban" nümayəndə heyəti İranda danışıqlar aparıb

"Taliban" nümayəndə heyəti İranda danışıqlar aparıb
  27 Noyabr 2019    Oxunub:2106
“Taliban” qruplaşmasının nümayəndə heyəti İrana səfər edib.
Azvision.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə “Taliban”ın sözçüsü Suxail Şahin bildirib. Onlar İranın xarici işlər naziri Məhəmməd Cavad Zəriflə görüşüblər.

"Hərəkat liderinin müavini və Qətər siyasi bürosunun rəhbəri Molla Baradar Axundun başçılıq etdiyi nümayəndə heyəti Tehranda İranın xarici İşlər naziri Məhəmməd Cavad Zəriflə görüşüb. Hər iki tərəf Əfqanıstan probleminin sülh yolu ilə həllini və sülh prosesini müzakirə edib", - deyə S.Şahin vurğulayıb.

Onun sözlərinə görə, görüşdə ikitərəfli münasibətlər və İrandakı əfqan qaçqınlarının problemləri də müzakirə edilib.

“Yüksək vəzifəli İran rəsmiləri əfqan xalqı ilə yaxın münasibətləri davam etdirmək istədiklərini vurğulayaraq, əfqan qaçqınlarının problemlərini həll edəcəklərinə söz verdilər", - deyə “Taliban” sözçüsü əlavə edib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: İran   Taliban  





Xəbər lenti