İrəvanda tələbələrin etirazları davam edir

  27 Noyabr 2019    Oxunub : 1241
İrəvanda tələbələrin etirazları davam edir
Ermənistanın paytaxtı İrəvanda "Ali təhsil və elm haqqında" qanun layihəsindən narazı olan tələbələrin etirazları davam edir.

Azvision.az erməni mətbuatına istinadən xəbər verir ki, tələblərin yaratdığı “Milli təhsil naminə” təşəbbüs qrupunun üzvləri İrəvan Dövlət Universitetinin rektoru Qeqham Qevorqyanın kabineti qarşısına yığışaraq etiraz ediblər.
Onlar daha əvvəl bildiriblər ki, kabinet qarşısında oturaq aksiyaya başlayacaqlar.

Qeyd edək ki, qanun layihəsinə əsasən, "erməni dili", "erməni ədəbiyyatı" və "Ermənistan tarixi" fənlərinin tədrisi qeyri-humanitar fakültələrdə məcburi olmayacaq.

Bundan əvvəl keçirilən aksiyalarda erməni dilinin və ədəbiyyatının arxa plana atıldığını iddia edən etirazçılar təhsil naziri Araik Arutyunyanı istefasını tələb ediblər.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: İrəvan   Etiraz   Aksiya