Naxçıvana səfər edən İran vətəndaşları üçün viza ləğv edildi

Naxçıvana səfər edən İran vətəndaşları üçün viza ləğv edildi
  27 Noyabr 2019    Oxunub:3635
Naxçıvan Muxtar Respublikasına səfər etmək istəyən İran vətəndaşları üçün viza rejimi ləğv edilib.
Azvision.az xəbər verir ki, bu barədə İRNA agentliyi İranın Naxçıvan Muxtar Respublikadakı Baş konsulluğuna istinadən məlumat yayıb.

Məlumata görə, 1 dekabr 2019-cu il tarixindən etibarən İran vətəndaşları 15 gün müddətinə vizasız Naxçıvana səfər edə biləcəklər.

Azərbaycanın digər rayonlarına isə səfər üçün viza rejimi qüvvədə qalır və buna görə 20 dollar ödəməlidirlər.

Xatırladaq ki, bu ilin oktyabrında Naxçıvana səfər edən İran vətəndaşları üçün viza rüsumunun məbləği azaldılmışdı.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Naxçıvan   İran   Viza  





Xəbər lenti