Paşinyan azərbaycanlı jurnalistlərin səfərindən danışdı

Paşinyan azərbaycanlı jurnalistlərin səfərindən danışdı
  27 Noyabr 2019    Oxunub:3710
“Azərbaycan və Ermənistandan olan jurnalistlərin qarşılıqlı səfərləri etimadın güclənməsinə kömək edə bilər” .

Azvision.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan ATƏT-in Mətbuat azadlığı üzrə nümayəndəsi Harlem Dezirlə görüşdə deyib. Paşinyanın sözlərinə görə, belə səfərlər, həmçinin nifrət ritorikasının azalmasına səbəb ola bilər.
ATƏT nümayəndəsi də bu təşəbbüsü alqışlayıb və davamlı olmasının vacibliyini vurğulayıb.

Xatırladaq ki, ATƏT-in Fəaliyyətdə olan Sədrinin şəxsi nümayəndəsinin ofisinin təşkilati dəstəyi ilə Azərbaycan və Ermənistan tərəfindən bu ilin 17-21 noyabr tarixlərində iki ölkənin KİV nümayəndələrinin səfər mübadiləsi təşkil olunub. Səfər çərçivəsində Azərbaycan jurnalistləri Ermənistanda, eləcə də Dağlıq Qarabağ bölgəsində, o cümlədən Şuşa şəhərində olublar.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Ermənistan   Paşinyan  





Xəbər lenti