Avropa Komissiyasının yeni tərkibi təsdiqlənib

Avropa Komissiyasının yeni tərkibi təsdiqlənib
  27 Noyabr 2019    Oxunub:1662
Avropa Parlamentinin (AP) deputatları Ursula fon der Leyenin rəhbərliyi ilə Avropa Komissiyasının yeni tərkibini təsdiqləyib.
Azvision.az TASS-a istinadən xəbər verir ki, səsvermə Strasburqda keçirilən plenar iclasda baş tutub.

461 deputat təklif olunan komissarların lehinə, 157 nəfər əleyhinə səs verib, 89 bitərəf qalıb. Səsvermədə ümumilikdə 707 deputat iştirak edib.

Beləliklə, Avropa Komissiyasının yeni tərkibi dekabrın 1-dən fəaliyyətə başlayacaq.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: AvropaParlamenti  





Xəbər lenti