Azərbaycanın ən güclü boksçuları bəlli oldu

  27 Noyabr 2019    Oxunub : 1263
Azərbaycanın ən güclü boksçuları bəlli oldu
Boks Mərkəzində kişi boksçular arasında keçirilən Azərbaycan çempionatı başa çatıb. Ölkənin müxtəlif şəhər və rayonlarının klublarını, həmçinin idman cəmiyyətlərini təmsil edən yarışda 29 komandanın 109 boksçusu qüvvəsini sınayıb. Altı gün davam edən turnirdə 8 çəki dərəcəsi üzrə mükafatçılar müəyyənləşib.
Azvision.az xəbər verir ki, həlledici döyüşlərdə qalib gələn Maqsud Xasmetov (52 kq), Ümid Rüstəmov (57 kq), Cavid Çələbiyev (63 kq), Sərxan Əliyev (69 kq), Amin Kuşkov (75 kq), Cəbrayıl Yelekov (81 kq), Rauf Rəhimov (91 kq) və Asəf Aslanlı (91 kq-dan yuxarı) çempion tituluna sahib olublar.

Dünya çempionu Cavid Çələbiyev birinciliyin ən yaxşı boksçusu nominasiyasında xüsusi diplomla təltif edilib. Ümid Rüstəmov ən texnikalı, Maqsud Xasmetov ən gənc boksçu adına sahib olub.

Turnirin komanda hesabında qalibi Daxili İşlər Nazirliyinin İdman Cəmiyyəti olub. İkinci yeri “Sədərək”, üçüncü yeri isə “Qəbələ” tutublar.

Çempionatda Anar Nağdıyev ən yaxşı hakim seçilib.

Qeyd edək ki, mükafatçılar yığmanın heyətinə cəlb olunacaq və beynəlxalq yarışlarda ölkəmizi təmsil edəcəklər.

Azvision.az

Teqlər: Boks