Gürcüstan polisi parlamentə aparan yolları bloklayıb

  28 Noyabr 2019    Oxunub : 865
Gürcüstan polisi parlamentə aparan yolları bloklayıb
Gürcüstan Daxili İşlər Nazirliyi müxalifət tərəfindən elan olunan növbəti piketlə əlaqədar parlamentin ərazisinə çox sayda polis yığıb.
Azvision.az “Sputnik Gürcüstan”a istinadən xəbər verir ki, parlamentin ətrafı, eləcə də inzibati binanın girişləri dəmir konstruksiyalarla bloklanıb.

Müxalifət partiyalarının liderləri və fəalları artıq Rustaveli prospektinə toplaşmağa başlayıblar. Etirazçılar, həmçinin parlamentdən çox da uzaq olmayan Gürcüstan Xarici İşlər Nazirliyinin binasının qarşısına yığışırlar.

Qeyd edək ki, Gürcüstanda etirazlar noyabrın 14-dən başlayıb. Etirazçılar proporsional seçki sisteminə keçilməsini tələb edirlər.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: Gürcüstan   Etiraz