Putin KTMT sammitində iştirak etmək üçün Bişkekə gedib

Putin KTMT sammitində iştirak etmək üçün Bişkekə gedib
  28 Noyabr 2019    Oxunub:1736
Rusiya Prezidenti Vladimir Putin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) liderlərinin sammitində iştirak etmək üçün Bişkekə gedib.
Azvision.az Kremlin mətbuat xidmətinə istinadən xəbər verir ki, iclasda Putin Rusiyanın KTMT-yə sədrliyinin 2020-ci ildə prioritetlərini elan edəcək, həmçinin regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparacaq.

Bundan əlavə, tərəflər Tacikistan-Əfqanıstan sərhədindəki vəziyyətə xüsusi diqqət yetirmək niyyətindədirlər. Təşkilatın Kollektiv Təhlükəsizlik Şurasının (TŞ) iclası Qırğızıstan lideri Sooronbay Jeenbekovun sədrliyi ilə aparılacaq.

Putin və Jeenbekovdan başqa, Ermənistanın baş naziri Nikol Paşinyan, Belarus Prezidenti Aleksandr Lukaşenko, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev və Tacikistan lideri Emoməli Rəhmon da sammitdə iştirak edəcəklər.

Pərvanə Sultanova
Azvision.az


Teqlər:





Xəbər lenti