ABŞ səfiri cinsi təcavüzdə ittiham olunur

 ABŞ səfiri cinsi təcavüzdə ittiham olunur
  28 Noyabr 2019    Oxunub:3055
ABŞ-ın Avropa İttifaqındakı səfiri Qordon Sondland cinsi təcavüzdə günahlandırılır.

Azvision.az "The Hill" nəşrinə istinadən xəbər verir ki, üç qadın belə bir iddia ilə çıxış edib.

Nikol Voqel, Jana Solis və Natali Sept adlı şəxslər razılıqları olmadan səfirin onlara qarşı bəzi seksual hərəkətlərə yol verdiyini bildiriblər. Hər üç qadın Sondlandı rədd etdiyini deyib.
Prokurorluq orqanlarında isə hesab edirlər ki, bu cür hadisə Sondlandın səfir təyin olunmasından əvvəl baş verib. Diplomat özü ittihamları qəti şəkildə rədd edir.

Qeyd edək ki, Sondland ABŞ Prezidenti Donald Trampın impiçment işinin Konqresdəki istintaqının əsas şahidlərindən biridir.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: ABŞ   Səfir   Diplomat  





Xəbər lenti