İsrail qoşunları döyüş hazırlığına gətirildi
Livan mətbuatı yəhudi əsgəri öldürən snayperin atəş icazəsiz açdığını və hadisədən sonra gözdən itdiyin yazıb. Bəzi mənbələr isə onun öldürüldüyü barədə məlumat yayıb.
İsrail ordu komandanlığının rəsmisi Piter Lerner baş verən insidenti “İsrailin suverenlinin pozulması” kimi dəyərləndirib. Artıq iki ölkənin sərhədində pilotsuz təyyarələr dövrə vurur. Həm İsrail, həm də Livan qoşunları yüksək döyüş hazırlığına gətirilib. İnsident yerinə Livandakı müvəqqəti BMT qüvvələri də cəlb olunub.
Bundan öncə, 2013-cü ilin avqustunda bu istiqamətdə baş verən insident zamanı 4 İsrail hərbçisi xəsarət almışdı.
Vüqar İsmayılov