Keçmiş prezident “İnterpol” xəttilə axtarışa verildi

Keçmiş prezident “İnterpol” xəttilə axtarışa verildi
  28 Noyabr 2019    Oxunub:2077
Boliviyanın sabiq prezidenti Evo Morales İnterpol xətti ilə beynəlxalq axtarışa verilib.
Azvision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə sabiq prezident Meksikada keçirdiyi mətbuat konfransında bildirib.

"Etmədiyim cinayətlərə görə Cənubi Amerikada axtarışa verilmişəm”, - deyə Morales əlavə edib.

Onun sözlərinə görə, keçmiş vitse-prezident Alvaro Qarsia Linera da axtarışa verilib.

Xatırladaq ki, Boliviyada prezident seçkilərinin nəticələrinin elan olunmasından sonra etirazlar başlayıb və Evo Morales noyabrın 10-da vəzifəsindən istefa verib. Bundan sonra sabiq prezident ölkəni tərk edərək Meksikaya sığınıb.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Morales   Boliviya  





Xəbər lenti