YPG/PKK terrorçuları yenidən dinc əhalini hədəf alıb

YPG/PKK terrorçuları yenidən dinc əhalini hədəf alıb
  28 Noyabr 2019    Oxunub:2267
PKK/YPG terror təşkilatı Suriyanın şimalında dinc əhaliyə qarşı hücumlarını davam etdirir.
Azvision.az xəbər verir ki, Rəsulaynın qərbindəki Tel-Xələf kəndində partlatdıqları nəqliyyat vasitəsi ilə 17 nəfəri öldürüb, 20-dən çox insanı yaralayan uşaq qatilləri bu gün də Aazaz şəhərində sivillərə qarşı terror aktı törədiblər.

Eyni zamanda YPG/PKK Suriyanın şimalındakı Tel Rifat şəhərindən hücumlarını davam etdirir. Tel Rifat-da məskunlaşan terrorçular Türkiyənin Kilis şəhərinin qarşısındakı Suriya torpaqlarında yerləşən Aazaz şəhər mərkəzinə 6 raket atıb.

İlkin məlumatlara görə, “Katyusha” raketlərinin atıldığı hücumlarda 4 mülki şəxs yaralanıb. Türk Silahlı Qüvvələri terrorçuların mövqelərini artilleriya atəşləri ilə hədəf alaraq hücumlarına qarşılıq verib.

Bundan başqa “Zeytun Budağı” əməliyyatı ilə Afrindən çıxarılan YPG/PKK bölgənin cənub-şərqindəki Tel Rifat şəhərində işğalını davam etdirir. Bu bölgədə məskunlaşan terror təşkilatı tez-tez Azad Suriya Ordusunun nəzarətindəki yaşayış məntəqələrini hədəf alır.

Azvision.az



Teqlər: Terror   Türkiyə  





Xəbər lenti