Bratislavada Qarabağa dair məsləhətləşmələr aparılacaq

Bratislavada Qarabağa dair məsləhətləşmələr aparılacaq
  28 Noyabr 2019    Oxunub:3988
Dekabrın 5-6-da Bratislavada keçiriləcək Xarici İşlər Nazirləri Şurasının iclası çərçivəsində ATƏT-in Minsk Qrupunun üç həmsəd dövlətlərinin məsləhətləşmələri planlaşdırılır.

Azvision.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə deyib.
XİN rəsmisi vurğulayıb ki, son illər Dağlıq Qarabağ münaqişəsi mövzusu mütamadi olaraq ATƏT məkanında müzakirə olunur.

"Bratislavada qarşıdan gələn Xarici İşlər Nazirləri Şurası çərçivəsində üç həmsədr dövlətin xüsusi tapşırıqlar üzrə səfirləri səviyyəsində məsləhətləşmələr planlaşdırılır. Əgər başqa formatlarda, fərqli bir səviyyədə məsləhətləşmələr aparılması üçün əlavə qərarlar qəbul edilərsə, bu barədə də şərh verəcəyik.

Bizim tərəfimizdən bu mövzuda dialoq üçün eyni ənənəvi dəstəyin olduğunun fərqindəsiniz. Nazirlərin görüşlərinə gəlincə, hazırda bu barədə məlumatım yoxdur”, - deyə Zaxarova əlavə edib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: ATƏT  





Xəbər lenti