Avropa Parlamentindən Ermənistan əleyhinə - QƏTNAMƏ
“Avropa Parlamenti Azərbaycan və Avropa Birliyi arasında viza rejiminin sadələşdirilməsi haqqında müqavilənin imzalanmasını alqışlayır”.
Avropa Parlamenti qətnamədə Ermənistanın Gömrük İttifaqına üzv olmasını təəssüflə qeyd edir.
“Avropa Parlamenti Ermənistanla 3 ildən artıq müvəfəqiyyətlə aparılan , Assosiativ üzvlük və Azad ticarət zonasının yaradılmasının nəzərdə tutan müqavilənin əvəzinə, Ermənistan Rusiyanın təzyiqi ilə Gömrük İttifaqına üzv olmasına faktına öz təəssüfünü bildirir”.
Bundan başqa, parlamentarilər Ermənistan hakimiyyətindən yerli əhalinin etiraz və mitinq hüququna dözümlü yanaşmasını xatırladır.
“Avroparlament qeyd edir ki, təqiblər və həbslər sərbəst toplaşmaq azadlığının pozulması deməkdir və Ermənistan hökumətinin Avropa Birliyin dəyərlərinə ziddir. Ermənistan hökuməti vətəndaş cəmiyyəti ölkənin gələcək inkişafı naminə geniş dialoqa daxil olmağa çağırır”.
AzVision.az