Sabah hava yağmursuz olacaq

  13 Mart 2013    Oxunub : 516
Sabah hava yağmursuz olacaq
Martın 14-də hava şəraitinin arabir yağıntılı olacağı, səhər qərb rayonlarından başlayaraq tədricən kəsiləcəyi gözlənilir
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən AzVision.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında martın 13-dən 14-nə keçən gecə və səhər bəzi yerlərdə yağış yağacağı, gündüz hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Havanın temperaturunun gecə 4-9, gündüz 12-17 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında martın 14-də hava şəraitinin arabir yağıntılı olacağı, səhər qərb rayonlarından başlayaraq tədricən kəsiləcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 6-11, gündüz 14-19 , dağlarda gecə 0-5 dərəcə isti, yüksək dağlıq ərazilərdə 3-8 dərəcə şaxta, gündüz 8-13 dərəcə isti olacağı gözlənilir.

Teqlər: