Suriya hərbçiləri Türkiyənin pilotsuz uçuş aparatını vurub

  29 Noyabr 2019    Oxunub : 1130
Suriya hərbçiləri Türkiyənin pilotsuz uçuş aparatını vurub
Suriyanın hərbi qüvvələri Kamışlı şəhəri yaxınlığında (Hasek vilayəti) Türkiyəyə məxsus pilotsuz uçuş aparatını (PUA) vurub.
Azvision.az xəbər verir ki, bu barədə Suriyanın SANA agentliyi məlumat yayıb. Bildirilib ki, Türkiyə PUA-sı Suriya hərbçiləri tərəfindən ələ keçirilib.

Türkiyə tərəfi hadisə ilə bağlı hələlik açıqlama yaymayıb.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: Suriya   PUA   Türkiyə