Albaniyada zəlzələ qurbanlarının sayı artıb

Albaniyada zəlzələ qurbanlarının sayı artıb
  29 Noyabr 2019    Oxunub:2125
Albaniyada baş vermiş dağıdıcı zəlzələ qurbanlarının sayı 48 nəfərə çatıb.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, zəlzələ nəticəsində 790-a yaxın şəxs zərər çəkib.

Qeyd edək ki, çərşənbə axşamı Albaniyada 6.4 bal gücündə zəlzələ baş verib. Təkanların əksəriyyəti paytaxt Tiranada, həmçinin zəlzələnin episentrinə ən yaxın olan Durres şəhərində hiss olunub. Təbii fəlakət zamanı bir neçə bina çöküb, insanların hələ də dağıntılar altında qalma ehtimalı var.

KİV-də yayılan məlumatlara görə, dağıntılar altından indiyədək 45 nəfər xilas edilib, onlardan üçünün vəziyyəti ağırdır.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Albaniya   Zəlzələ  





Xəbər lenti