Keçmiş Baş nazir 101 yaşında vəfat etdi

  29 Noyabr 2019    Oxunub : 1078
Keçmiş Baş nazir 101 yaşında vəfat etdi
Yaponiyanın keçmiş Baş naziri Yasuhiro Nakasone vəfat edib.
Azvision.az xarici mətbuata istinadən xəbər verir ki, sabiq Baş nazir 101 yaşında dünyasını dəyişib.

Nakasone vəzifədə olduğu zaman dövlət və hökumət başçıları arasında dünyanın ən yaşlı məmuru olub. Həmçinin, o, Yaponiya tarixində ikinci ən uzun ömürlü hökumət başçısı idi.

Xatırladaq ki, Nakasone 1982-ci ildən 1987-ci ilədək Baş nazir vəzifəsini icra edib və 80-ci illərdə ABŞ-ın keçmiş prezidenti olmuş Ronald Reyqanla yaxın əlaqələri ilə tanınıb.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: Yaponiya   Baş-Nazir