Albaniya Baş nazirinin gəlini zəlzələdə ölüb

  29 Noyabr 2019    Oxunub : 1438
Albaniya Baş nazirinin gəlini zəlzələdə ölüb
Albaniya Baş nazirinin gəlini zəlzələ nəticəsində həyatını itirib.
Azvision.az xəbər verir ki, bu barədə “Daily Mail” hökumət başçısının oğlu Qreqor Ramaya istinadən məlumat yayıb.

Baş nazirin oğlu öz İnstaqram hesabında yazıb ki, ona ən yaxın olan şəxs dağıntılar altından tapılanlar arasındadır.

Qreqorun gəlini Kristi Recinin atası, anası və qardaşı da zəlzələ nəticəsində həlak olub. Onların adı Müdafiə Nazirliyi tərəfindən elan edilən siyahıda yer alıb.

Qeyd edək ki, bu həftənin çərşənbə axşamı gecə saatlarında Albaniyada 6.4 bal gücündə zəlzələ baş verib. Təkanların əksəriyyəti Tiranada, həmçinin zəlzələnin episentrinə ən yaxın olan Durres şəhərində hiss olunub. Son məlumatlara görə, təbii fəlakət zamanı 48 nəfər həlak olub, 790 nəfər yaralanıb.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: Albaniya   Zəlzələ