Nazirlər Kabinetindən Artur Rasizadə ilə bağlı AÇIQLAMA

Nazirlər Kabinetindən Artur Rasizadə ilə bağlı AÇIQLAMA
  16 Dekabr 2013    Oxunub:1116
Son günlər yerli mətbuatda baş nazir Artur Rasizadə ilə bağlı müxtəlif məlumatlar yayılıb. Əsasən, müxalif mediada baş nazirin səhhətində problemlərin yarandığı, bu səbəbdən onun son vaxtlar işə çıxmadığı iddia edilir.

Yayılan informasiyaları dəqiqləşdirmək üçün Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri Akif Əli ilə əlaqə saxlamağa çalışdıq.

AzVision.az-a açıqlamasında A.Əli bu haqda onda hər hansı bir məlumatın olmadığını bildirib.

“Xəbərim var, nə üçün zəng etmisiniz. Bayaqdan bununla bağlı xeyli jurnalist zəng edir, sual verir. Deyim ki, məndə elə bil məlumat yoxdur. Mən elə bir söz deməmişəm. Ona görə də şərh verməyəcəm”-deyə A.Əli qeyd edib.

Nihadə Eyyubova


Teqlər:  





Xəbər lenti