Merkel Trampla görüşəcək

  29 Noyabr 2019    Oxunub : 918
Merkel Trampla görüşəcək
Almaniya Kansleri Angela Merkel dekabrın 4-də ABŞ Prezidenti Donald Trampla görüşəcək.
Azvision.az xəbər verir ki, bu barədə Kanslerin sözçüsünün müavini Ulrike Demmer deyib. Onun sözlərinə görə, görüş Londonda keçiriləcək NATO liderlərinin zirvəsi çərçivəsində baş tutacaq.

"Dekabrın 4-də səhər Merkel Şimali Atlantika Alyansının işçi iclasında iştirak edəcək. Sonra Trampla görüş olacaq",- deyə Demmer bildirib.

Bundan əlavə, sammit ərəfəsində, 3 dekabrda Merkel Suriya böhranı ilə əlaqədar Türkiyə, Fransa və Böyük Britaniya liderləri ilə görüş keçirəcək.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Merkel   Tramp