Prezident uşaq bağçasında

Prezident uşaq bağçasında
  13 Mart 2013    Oxunub:1333
Azərbaycan prezidenti İlham Əliyev yeni park layihəsinə də baxıb.
Martın 12-də sənədlərin imzalanması mərasimindən sonra Monteneqronun Bielo-Pole şəhərində Azərbaycan hökumətinin maliyyə dəstəyi ilə inşa etdirilən uşaq bağçasının layihəsi ilə tanışlıq olub.

Prezident İlham Əliyevə uşaq bağçasının inşası ilə bağlı görülən işlər barədə məlumat verilib və son nəticəni əks etdirən layihələr və şəkillər nümayiş etdirilib.

Azərbaycan dövlətinin başçısı yeni park layihəsinə də baxdı.

Daha sonra Bielo-Pole şəhərinin meri Aleksandr Juliç Prezident İlham Əliyevə üzərində şəhərin rəmzi əks olunan xatirə lövhəsi təqdim edib.

AzVision.az



Teqlər:  





Xəbər lenti