Şimal Qütbü uğrunda mübarizə başladı

Şimal Qütbü uğrunda mübarizə başladı
  16 Dekabr 2013    Oxunub:2502
Arktik şelf zonasının genişləndirilməsi məsələsi Kanada, Rusiya və Danimarkanı üz-üzə qoyub.
AzVision.az xarici mətbuata istinadən xəbər verir ki, ötən həftə Kanada Şimal Qütbündəki Arktik şelf zonasının genişləndirilməsi üçün BMT-yə müraciət edib. Bu barədə məlumat verən Kanada baş naziri Stiven Harper ölkəsinin Arktikada daha böyük əraziyə sahib olmaq istədiyini bildirib.

Buna cavab olaraq, Rusiya prezidenti Vladimir Putin “Arktikada milli maraqların qorunması” məqsədilə bölgədə hərbi hissələrinin sayını artırmağı, aerodromların təmiri və infrastrukturun bərpası üçün müdafiə naziri Sergey Şoyquya müvafiq göstərişlər vermişdi. Arktika Putinin Federal Məclisə müraciətində də əsas mövzulardan biri idi.

Ümumiyyətlə, BMT-nin Kontinental şelf sərhədlərinin müəyyən olunması üzrə komissiyaya ilk müraciət edən ölkə Rusiya olub. Əgər ruslar Qrenlandiyaya qədər uzanan Lomonosov və Mendeleyev sualtı dağlarının ölkənin kontinental şelfinin geoloji davamı olduğunu isbat edə bilsələr, Arktikada əlavə 1,2 milyon kvadrat kilometr ərazidə neft-qaz kəşfiyyatı və hasilatı həyata keçirmək hüquq qazanacaqlar.

Xatırladaq ki, ilkin geoloji ehtimallara görə, Arktikada dünya neftinin 7%, qaz ehtiyatlarının isə 30%-i cəmləşib.

Vüqar İsmayılov


Teqlər:  





Xəbər lenti