Donald Tusk səlahiyyətlərini təhvil verdi

Donald Tusk səlahiyyətlərini təhvil verdi
  30 Noyabr 2019    Oxunub:2969
Avropa İttifaqı Şurasının sədri postunu tərk edən Donald Tusk səlahiyyətlərini Belçikanın sabiq Baş Naziri Şarl Mişelə təhvil verib.
Azvision.az TASS-a istinadən xəbər verir ki, bununla bağlı Avropa İttifaqı Şurasının Brüsseldəki binasında rəsmi mərasim keçirilib.

“Ümid edirəm ki, öz istedadınızı birliyimizin qorunması üçün sərf edəcəksiniz. Bu gün Avropa İttifaqı Şurasını tərk edirəm, lakin ən əsas odur ki, mən sizinlə qalacağam, əziz Şarl”, - deyə Donald Tusk vida çıxışında bildirib.

Şarl Mişel isə öz növbəsində Donald Tuska təşəkkürünü ifadə edib və ona Avropa Xalq Partiyasının sədri postunda uğurlar arzulayıb.

Qeyd edək ki, Belçikanın sabiq Baş Naziri Şarl Mişel dekabrın 1-dən Avropa İttifaqı Şurasının sədri səlahiyyətlərinin icrasına başlayacaq.

Azvision.az



Teqlər: DonaldTusk  





Xəbər lenti