Siyahıda ilk yeri Mansa Musa tutub. (1280 -1331) O 400 milyard dollar sərvətə malik olub.
Mansa Musa indiki Qana, Timbuktu və Mali torpaqlarının daxil olduğu Mali İmperatorluğunu idarə edib.
Dünyanın ən varlı 25 adamı siyahısında 2-ci yerdə Rotşild ailəsi qərarlaşıb. 350 milyard dollar sərvətə malik olan ailə alman yəhudilərindəndir. 18-ci əsrdə qurmağa başladıqları Avropa bankları şəbəkəsi ilə bu sərvəti toplayıb.
Siyahının ən varlı amerikalısı 340 milyard dollar sərvəti olan Con Rokfellerdir (1839-1937). 1870-ci ildə “Standart” neft şirkətini yaradan Rokfeller Amerikanın neft istehsalatında dominantlıq edirdi. Hökumət onun monopoliyasının qarşısını almaq üçün şirkətini xırda şirkətlərə böldü.
Ən varlıların 4-cüsü isə Endrü Karnegidir (1835-1919). Amerika polad sənayesində lider olmuş Karnegi Şotland əsilli idi. O, 1901-ci ildə “Carnegie” Polad Şirkətini “JP Morgan” a satandan bu günkü valyuta ilə 310 milyard dollar sərvətə sahib oldu. Bundan sonra o pullarını xeyriyyə işlərinə xərclədi. Öləndə onun 30 milyon dolları var idi.
Çar II Nikolay Aleksandr Romanov (1868-1918) da milyarderlər sırasındadır. Siyahıda 5-ci yeri tutan Nikolay 1894-cü ildən 1917-ci ilə qədər Çar Rusiyasını idarə edib. Hakimiyyətdən devriləndə o, 300 milyard dollar sərvətə malik idi. Nikolay və ailəsi 1918-ci ildə bolşeviklər tərəfindən öldülürüb.
Siyahıda 6-cı ən varlı şəxs isə Mir Osman Əli Xandır. (1886-1967-ci illərdə yaşamış milyarder Hindistan tərəfindən işğal olunana qədər Heydərabadı idarə edib. Ümumilikdə 236 milyard dollar sərvəti olan Osman Əlinin 100 milyon dollarlıq qızıl kolleksiyası olub. Bundan başqa o, 400 milyon dolalrlıq zinət əşyasının sahibi idi.
229.5 milyard dollar sərvəti olan Fateh Villiam (1028 - 1087) siyahının 7-cisidir. O, 1066-1087-ci illərdə İngiltərəni idarə edib.
Siyahının 8-ci yerində devrilmiş Liviya lideri Müəmmar Qəddafi (1942-2011) durur. 2011-ci ildə həbs olunandan sonra o, 200 milyard dollar gizli sərvətinin olduğunu açıqlayıb. Avropa bankllarındakı dondurulmuş hesablarında keçmiş liderin 70 milyard dolları var.
Onun sərvətinin ən əsas simvollarından biri 2003-cü ildə Səudiyyə Ərəbistanı şahzadəsindən 120 milyon dollar ödəyərək satın aldığı A340 şəxsi reaktiv təyyarə idi.
Onluğun 9-cu yerini “Ford” mühərrik şirkətinin qurucusu Henri Ford (1863-1947) tutub. Amerikada orta təbəqədən olan əhalinin ala biləcəyi maşınlar istehsal edən Ford bu yolla 199 milyard dollar sərvət toplaya bilmişdi.
Ən varlıların ilk onluğunda 10-cu yerdə Kornelius Vanderblit (1794 - 1877) qərarlaşıb. Hollandiya əsilli Amerikalı milyarder ABŞ-ın şərq və mərkəzi hissəsində bir çox yerdə dəmiryolu çəkdirmişdi. Bu sahəyə ayırdığı sərmayələrin köməyi ilə 185 milyard dollar sərvət yığmışdı.
Siyahının 11-ci milyarderi isə Alan Rufusdur (1040-1093). O da Hastinq müharibəsindəki xidmətlərinə görə torpaq sahələrini hədiyyə almışdı. Bu yolla varlanan Alan 178.65 milyard dollar sərvət yığmışdı.
146.13 milyard dollar sərvəti olan Villiam de Varren ən varlı 25 iş adamından 12-cisidir. Ona Hastinq müharibəsindəki xidmətlərinə görə geniş topraq sahələri bağışlanıb. Doğum tarixi məlum olmayan milyarder 1088-ci ildə dnüyadan köçəndə 146 milyard dollardan çox sərvət toplamışdı.
Dünyadakı 25 ən varlıdan 13-cüsü olan Bill Qeytsin 136 milyard dollar sərvəti var. Microsoft şirkətinin qurucusu və şirkətin prezidenti olan B.Qeyts 2009-cu ildə “Forbes” jurnalı tərəfindən dnüyanın ən varlı adamı seçilib.
14-cü yerdə Con Yakob Astor (1763-1848) qərarlaşıb. O, kariyerasına Kanadan Nyu-York-a kürk gətirib satmaqla başlayıb. Daha sonra Manhetten adasənda satın aldığı torpaq sahələri ilə sərvətini artırıb. Ümumilikdə isə o, 121 milyard dollar sərvətə malik olub.
118.5 milyard dollar sərvət toplayan Riçard Fitzalan isə bu siyahının 15-ci yerindədir. 1306-1376-cı illərdə yaşamış milyarder İngiltərənin tanınmış torpaq sahibkarlarından olub.
Siyahının 16-cı yerində İngiltərə kralı 3-cü Eduardın 3-cü oğlu Con Of Qaunt (1340-1399) qərarlaşıb. O, Kral 2-ci Riçardın naibi olub. Çalışdığı müddətdə ona hədiyyə edilən torpaq sahələri sayəsində 110 milyard dollar sərvət yığa bilib.
17-ci milyarder 105 milyard dollar sərvət yığmış Stefen Girarddır (1750-1831). Fransada anadan olan dənizçi və bankir S.Girard 1812-ci ildə müharibə zamanı baş verən böhranda Amerika hökumətinə dəstək olub. Onun bu dəstəyi qarşılıqsız qalmadı və müharibədən sonra o, Amerikanın ən varlı adamına çevrildi. Bununla da o, 105 milyard dollarıq sərvətə malik oldu.
Siyahının 18-ci milyarderi Aleksandr Törni Stevartdır. 1803-cü ildə dünyaya gəlmiş Aleksandr 1823-cü ildə İrlandiyadan Amerikaya gedib. Bundan sorna dünyanın ən böyük mağaza şəbəkəsini qurub. Eyni zamanda məktub vasitəsilə alış-verişin banisi olan Aleksandr 1876-ci ildə öləndə 90 milyard dollar sərvəti var idi.
Ən varlı 19-cu milyarder isə Lankester Henri hesab olunur. Belə ki, 1310-1361-ci illərdə yaşamış ingilis əsilli Henri bu müddət ərzində 85.1 milyard dollar pul toplayıb.
Siyahının 20-ci milyarderi Fridrix Veyerhauserdir. 1834-1914-cü illərdə yaşayan milyarder dnüyadan köçəndə 80 milyard dollar sərvəti var idi. Taxta-şalban satışından qazandığı pullarla torpaq sahələri alan Fridrix Amerikanın ən böyük torpaq sahibkarına çevrilib.
71 milyard dollar sərvəti olmuş Cey Klaud isə ən zəngin iş adamlarının 21-cisidir. Pis ad çıxaran bu iş adamı 1836-1892-ci illərdə yaşayıb. Vəfat edəndə özündən sonar 71 milyard dollar sərvət qoyub. “Quldur Baron” ləqəbi ilə tanınan C.Klaud qeyri-qanuni yollarla milyarder olub.
22-ci yerdə Karlos Slim qərarlaşıb. Meksikalı milyarder 68 milyard dollar sərvəti ilə yaşayan ən varlı iş adamlarındandır. O, telekommunikasiya şirkətləri “Telmex” və “Amerika Movil”-in idarə heyətinin sədridir. Slim 2010-cu ildə Latın Amerikanın ən geniş mobil operatoru olub.
23-cü yerin sahibi isə Marşal Filddir (1834-1906). Mərkəzi Çikaqoda olan “Marshall Field and Company” mağazasının sahibi olan milyarderin 66 milyard dollar sərvəti olub.
Siyahıda 24-cü yerdə Sam Valton (1918-1992) qərarlaşıb. Milyarder dünyadan köçəndə 3 ölvadına cəmi 65 milyard dollar vəsiyyət edib. 10 ildən sonar isə bu sərvət 100 milyard dollar çatıb.
Bu siyahıda 25-ci yerdə 64 milyard dollar sərvəti ilə Varren Baffet tutur. 1930-cu ildə anadan olan amerikalı iş adamı “Berkshire Hathaway” sərmayə şirkətinin sahibidir.
Fatimə Kərimli