Ərdoğan Putinlə “Türk axını”nın açılışını edəcək

  29 Noyabr 2019    Oxunub : 1145
Ərdoğan Putinlə “Türk axını”nın açılışını edəcək
Rusiya Prezidenti Vladimir Putin və Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan 2020-ci ilin yanvar ayında “Türk axını” boru kəmərinin açılışında iştirak edəcəklər.
Azvision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, Prezidentlər yanvarın əvvəlində açılış edilməsi ilə bağlı razılıq əldə ediblər. İki ölkə lideri arasında bununla bağlı telefon danışığı olub.

Azvision.az

Teqlər: Putin   Ərdoğan