Boliviyada keçiriləcək yeni seçkilərin tarixi açıqlandı

Boliviyada keçiriləcək yeni seçkilərin tarixi açıqlandı
  30 Noyabr 2019    Oxunub:2156
Boliviyada ümumi seçkilərin ilk turu mart ayının ortalarında keçiriləcək.
Azvision.az xəbər verir ki, bu barədə Boliviya Prezident Administrasiyasının rəhbəri Herxes Hustiniano deyib. Onun sözlərinə görə, seçki prosesi üçün ayrılan müddət aprelin 23-də başa çatacaq.

"Mart ayının ortalarında seçkilərin ilk turu keçiriləck. Bu, ölkədə sağlam mühitin təmin edilməsində vacib bir hadisə olacaq”, - deyə dövlət rəsmisi bildirib.

Dekabrın 20-dək isə məhkəmə üzvləri seçiləcək. Seçki qanununa əsasən, yeni prezidentin təyin edilməsi müddəti 120 gündür və aprelin 23-də bütün prosesin başa çatması nəzərdə tutulub.

Xatırladaq ki, oktyabrın 20-də keçirilən prezident seçkilərində Ali Seçki Məhkəməsi Evo Moralesin seçkilərdə qalib gəldiyini elan etmişdi. Onun əsas rəqibi - sabiq prezident Karlos Mesa isə Moralesin qələbəsini qəbul etmədiyini bildirmişdi.

Seçkilərin nəticələrinin elan olunmasından sonra Boliviyada başlayan etiraz aksiyaları və tətillər fonunda Morales istefa verərək ölkəni tərk edib. O, Meksikadan siyasi sığınacaq alıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Boliviya   Seçki  





Xəbər lenti