ABŞ-da erməni müğənni həbs olundu

  30 Noyabr 2019    Oxunub : 2682
ABŞ-da erməni müğənni həbs olundu
ABŞ-ın Virciniya ştatında məşhur erməni müğənni, "Daşnaksütyun" partiyasının üzvü Qarnik Sarkisyan həbs edilib.

Azvision.az "Jamanak" nəşrinə istinadən xəbər verir ki, Sarkisyan narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinir. Belə ki, erməni müğənni özünə məxsus avtomobillə narkotik vasitəni Kaliforniyadan Virciniyaya çatdırmağa çalışıb.
Qəzetin məlumatına görə, birinci Livan müharibəsindən sonra ABŞ-a yerləşən Q.Sarkisyan "Daşnaktsütyun” partiyasının əsas siması hesab olunur. Partiyanın Livandan ABŞ-a qədər bütün mitinqləri onun mahnılarının sədaları altında keçirilib.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: Erməni   Müğənni   ABŞ   Həbs