Dövlət komitəsi Goranboyla Gəncəni səhv saldı - EKSKLÜZİV

Dövlət komitəsi Goranboyla Gəncəni səhv saldı - EKSKLÜZİV
  16 Dekabr 2013    Oxunub:1268
Ötən həftə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi Gəncə və Goranboyda körpələr evi və bağçalarda bəzi nöqsanların aşkar edildiyini açıqlamışdı. Komitənin yaydığı rəsmi məlumatda bağçalardakı qidalanmanın dövlət standartlarına uyğun olmadığı qeyd edilib.

Baxış zamanı bağçaların mətbəx və anbarının istismara tamamilə yararsız vəziyyətdə olduğu, mətbəx və anbarın digər otaqlarda yerləşdiyi bildirilib.

Məsələ ilə bağlı Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Naqif Həmzəyev AzVision.az-a açıqlamasında komitənin yaydığı xəbərdə yalnışlığa yol verildiyini qeyd edib.

“Həmin günü həmin bağçalarda yoxlamalar aparılıb. Nəticə olaraq, razı qalıblar. Amma məlumat veriləndə Goranboyla Gəncə şəhərində yoxlamalar aparılan bağçalarının xəbərləri qarışıq düşüb. Orada yayılan şəkillərin heç biri Gəncə bağçalarına aid deyildi. Gəncədəkı bağçalar hamısı yüksək səviyyədədir, sadəcə olaraq, yalnışlığa yol verilib, artıq həmin yalnış informasiyanı verən şəxslər cəzalandırılacaq. Həmin şəkillər Goranboy bağçalarının şəkilləridir. Hətta şəkillərdə məktəb şəkilləri də var. Hazırda xüsusi komissiya bütün bağçalardan şəkillər çəkir. Son bir ildə bağçalarımızda çox böyük dəyişikliklər olub. Xüsusilə də yemək barədə.

Yeməklərdə də problem ola bilməz. Burada istənilən vaxt gəlib bağçalara baxa bilərsiniz. Binaların təmirində problemlər var, Sovetlər dövründən bəri təmir olunmayıb, amma yemək baxımından umumiyyətlə, problem yoxdur”-deyə N.Həmzəyev vurğulayıb.

Nihadə Eyyubova


Teqlər:  





Xəbər lenti